Şou-biznes

Türkiyəni “Avroviziya”da o təmsil edəcək? - FOTO

19 Yanvar 2023 08:03
Baxış: 1 094
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Ezhel" ləqəbli məşhur reperi Sercan İpekçioğlu "Avroviziya-2023"  mahnı müsabiqəsi ilə bağlı paylaşım edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, reper tviter hesabında etdiyi paylaşımda müsabiqədə birinciliyə iddialı olduğunu bildirib.

"Birinci yerə söz verirəm", - deyə Ezhel vurğulayıb.

Qeyd edək ki, Türkiyə "Avroviziya" mahnı müsabiqəsinə 2012-ci ildən qatılmır. Qardaş ölkənin növbəti müsabiqədə iştirak edib-etməyəcəyi də hələlik bəlli deyil. Bu səbəbdən reperin paylaşımı maraq doğurub.

Xatırladaq ki, Türkiyə ilk dəfə 1975-ci ildə müsabiqəyə qatılıb və ümumilikdə 34 yarışmada iştirak edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.