Şou-biznes

Müğənninin oğlunun başına pul səpdi, tənqid olundu - VİDEO

18 Yanvar 2023 20:11
Baxış: 1 294
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Nihat Doğan ata olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, yeni doğulan körpəni görməyə gedən aparıcı Seyhan Soylunun onun üçün seçdiyi hədiyyə və təqdimatı sosial media izləyiciləri tərəfindən müzakirələrə səbəb olub. Aparıcı Nihatın oğlunun üzərinə 250 min lirə səpələyib.

İzləyicilər Seyhanın göstəriş üçün milyonlarla insanın əlinin dəydiyi virus və mikroplarla dolu pulları uşağın üzərinə qoyması və bunu yayımlanması bəyənilməyib.

Onun ünvanına "Görməmişlik", "Yarım qızıl pulu verəcəksən deyə, uşağa mikrob bulaşdırırsan", "Belə bir mənasız hərəkətə nə gərək var ki?", "Əsl günah onun bu hərəkət etməsinə imkan verən ata və anadadır" kimi şərhlər gəlib.

Qeyd edək ki, Nihat avqustda Arzu ilə hamilə olarkən evlənmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.