Şou-biznes

Hadisə aktrisa ilə bağlı iddialar səsləndirən aparıcıya əsəbiləşdi

17 Yanvar 2023 16:38
Baxış: 1 215
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, ötən gün türkiyəli aktrisa Hafsanur Sancaktutan  xəstəxanaya yerləşdirilimişdi.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa qida zəhərlənməsi keçirdiyi ilə bağlı açıqlama versə də "Söylemezsem olmaz" proqramının aparıcısı Bircan Bali israrla onun intihara cəhd etdiyini vurğulayıb. Məsələyə sərt münasibət bildirənlərdən biri isə müğənni Hadisə olub.

"Bu dəfə hədəflərində gənc bir qız var. Yenə eyni münasibət, eyni təhdidlər, eyni hədsizliklə bir qadını dəfələrlə açıqlama yaymağa məcbur qoyurlar. Maqazin xəbərləri adı altında özəl həyata müdaxilənin sərhəddi tamamilə ortadan götürülüb. Hər gün daha çoxuna şahid oluruq. Ümid edirəm bu mövzuda ən saləhiyyətli qurum olan RTÜK (Türkiyədə radio və televiziya yayımını dəstəkləyən qurum) lazım olan addımı atacaqdır" deyə, Haidsə paylaşımında yazıb.

Qeyd edək ki, Hafsanur bir müddət əvvəl sevgilisi, aktyor Deniz Can Aktaşdan ayılıb və onlar ötən günlərdə sosial media hesablarından bir-birini izləmədən çıxarıblar.

Onu da qeyd edək ki, Hadisə sözügedən proqramın aparıcılarını şəxsi həyatına müdaxilə etdikləri üçün polisə şikayət edərək məhkəməyə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.