Şou-biznes

Damla: “Qazandığım hörməti, danışaraq itirmək istəmərəm” - VİDEO

13 Yanvar 2023 18:52
Baxış: 1 708
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Nə özümə, nə də ki həmkarlarıma belə ucuz xətaları arzulamaram. Gedirsən şou proqramlara gözləyirsən, gözləyirsən, amma mikrofonu sənə təqdim etmirlər ki, yarım saatlıq proqramını oxuyub gedəsən. Bunlar isə çox yaşanır. Belə şeylərə məəttəl qalmıram, nə də ki təəccüblənmirəm".

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Damla (Məsumə Məmmədova) "Şou xəbər" verilişinə müsahibəsində deyib.

Həmkarlarından fərqli olaraq danışmağı yox susmağı üstün görən sənətçi onlara qarşı heç zaman hörmətsizlik etmədiyini bildirib.

"Əlini sıxdığım, eyni masanı paylaşdığım insanların arxasınca danışmıram. Hələ o insan xanımdırsa, əsla danışmıram. O insan həmkarımdırsa, ümumiyyətlə mövzu bitmişdir. Bu günə qədər heç bir həmkarıma qarşı nə hörmətsizlik etmişəm, nə efir vasitəsi ilə ələ salmışam, hədələmişəm. Susaraq qazandığım hörməti, danışaraq itirmək istəmərəm", - deyə Damla vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.