Azərbaycanın mərhum Xalq rəssamı Səttar Bəhlulzadənin əsərləri satışa çıxarılıb.
Milli.Az olay-a istinadən yazır ki, dahi sənətkarın əsasən cızmaqara və sketçlərdən ibarət 650 əsəri "Ebay" satış platformasında bazarlanıb.
Türk vətəndaşı tərəfindən satışa qoyulan əsərlərin ümumilikdə qiyməti 18, 5 milyon dollardır (təxminən 32 milyon manat).
Milli.Az