Azərbaycanlı rəssamın əsərləri 32 milyona satılır

9 Yanvar 2023 14:11

Azərbaycanın mərhum Xalq rəssamı Səttar Bəhlulzadənin əsərləri satışa çıxarılıb.

Milli.Az olay-a istinadən yazır ki, dahi sənətkarın əsasən cızmaqara və sketçlərdən ibarət 650 əsəri "Ebay" satış platformasında bazarlanıb.

Türk vətəndaşı tərəfindən satışa qoyulan əsərlərin ümumilikdə qiyməti 18, 5 milyon dollardır (təxminən 32 milyon manat).

Milli.Az