Şou-biznes

Tatlısəs Dua Lipanın fotosunun gerçək olduğunu düşündü - FOTO

3 Yanvar 2023 17:51
Baxış: 1 066
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli sənətçi İbrahim Tatlısəs dünyaca məşhur müğənni Dua Lipanın şəklini sosial media hesabında paylaşıb.

Milli.Az "Qafqazinfo"ya istinadən məlumat verir ki, sosial şəbəkədə Dua Lipanın fotoşopu paylaşılıb. Britaniyalı müğənninin şəklinə İbrahim Tatlısəsin "Allah səni cəzalandıracaq" sözləri ilə döymə etdirilib.

Bunu görən Tatlısəs fotoşop döyməsinin gerçək olduğunu zənn edərək Lipanın şəklini sosial media hesabında yerləşdirib. Sənətçi paylaşımında "Cəsur və gözəl qızımıza təşəkkür edirəm" sözlərini qeyd edib.

Tatlısəs paylaşımını qısa müddət sonra silsə də, izləyicilərinin dilinə düşməkdən qaça bilməyib. Fotonun fotoşop olduğunu öyrənən İbrahim Tatlısəs tviter hesabından mövzu ilə bağlı açıqlama verib.

Tatlısəs "Ajda Pekkanı tanıyıram, Hadisəni tanıyıram. Vaxtım var ki, Dua Lipanı tanıyım və onu izləyim? Məlum oldu ki, bunu başqa qıza ediblər, göndəriblər. Təşəkkür edib paylaşdım. Niyyətim pis deyildi",- sözlərini deyib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.