Şou-biznes

Sevda ayaqqabı almaq üçün mağazanın altını üstünə çevirdi - VİDEO

30 Dekabr 2022 13:47
Baxış: 2 976
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dekabrın 19-da ana olan müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovla birgə alış-verişə yollanıb.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, "Valentino"dan "şoppinq" edən sənətçi ayaqqabı seçmək üçün butiki "ələk-vələk" edib.

Səhnə üçün hündürdabanlı sözügedən lüks markanın ayaqqabısını geyinib-çıxardan Yahyayeva əri Bayramovla rəng seçimində qərarlaşa bilməyib.

Sevda gah qara, gah çəhrayı, gah da ki qızılı rəngli ayaqqabını geyinərək butiki altını-üstünə çevirib.

Sonunda isə müğənninin seçimi çəhrayı rəngli hündürdaban ayaqqabı olub. Həmin anları isə Sevda Yahyayeva sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.