Şou-biznes

Puqaçova agentlikdə ittiham edilir

28 Dekabr 2022 00:44
Baxış: 903
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Xalq artisti Alla Puqaçova Qərb kəşfiyyat orqanlarına işləməkdə ittiham olunur.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin rəhbəri Vitali Borodin məlumat yayıb.O, NTV telekanalında yayımlanan "Görüş yeri" verilişində bildirib ki, Puqaçova Qərbin xüsusi xidmət orqanlarında işləyir.

Borodin ifaçıdan başqa rusiyalı rep ifaçısı Morqenşternin ("xarici agent") və videobloger, jurnalist Yuri Dudun ("xarici agent") adlarını da qeyd edib:

"Bizdə olan məlumata görə, onlar Qərb kəşfiyyat orqanlarında işləyirlər".

Borodin vurğulayıb ki, o, hazırda Puqaçovanın Qərb ölkələri ilə əlaqəsini sübut edəcək rəsmi sənədlərin əlinə keçməsini gözləyir:

"Bir az gözləyin, biz Puqaçova, Morqenştern və Dudun gizli əməkdaşlıqları ilə bağlı həqiqətləri üzə çıxaracağıq. Onlar bütün bu illər ərzində Rusiyada kimə işləyiblər və niyə məhz ölkəmiz üçün çətin məqamda qaçıblar?".

Qeyd edək ki, Puqaçova həyat yoldaşı, şoumen Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.