Şou-biznes

Ən böyük məhkəmə işlərindən birinin müttəhimi ekstradisiya edilir - FOTO

22 Dekabr 2022 09:02
Baxış: 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müflis olmuş FTX kriptovalyuta birjasının qurucusu və keçmiş baş direktoru Sem Benkman-Frid ABŞ-yə ekstradisiyaya razılaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə həbs edilən şəxsə yaxın mənbələr bildiriblər.

Biznesmen ötən həftə Vaşinqtonun tələbi ilə Baham adalarında saxlanılıb.

Qeyd edək ki, səkkiz milyard civarında maliyyə fırıldağı ilə bağlı iş artıq ABŞ tarixində ən böyük məhkəmə işlərindən biri statusunu alıb.

Ekstradisiyanın vaxtı hələ dəqiqləşməyib. Dekabrın 21-də Baham adalarında keçiriləcək məhkəmə iclasında biznesmenin ekstradisiyası məsələsinin həll olunacağı gözlənilir.

Xatırladaq ki, FTX noyabrın əvvəlində iflas olduğunu elan edib, baş direktor Benkman-Frid də istefa verib. Biznesmen ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.