Türkiyəli aktrisa Öykü Karayel həyat yoldaşı, müğənni Can Bonomaya aldığı hədiyyə ilə diqqət çəkib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa həyat yoldaşına Yeni İl hədiyyəsi olaraq saat bağışlayıb. "Rolex" brendindən olan aksesuarın qiymətinin isə 285 min lirə (26 min 018 manat) olduğu ortaya çıxıb.
Qeyd edək ki, cütlüyün bir övladı var.
Milli.Az