Şou-biznes

"Ona qarğış edirəm, satqındır" - Kəmalədən Ruhəngizə - VİDEO

16 Dekabr 2022 19:08
Baxış: 1 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"10 il əvvəl Ruhəngiz dedi ki, gəl qalmaqal yaradaq. Cavab verdim ki, mən təhsilli müğənniyəm, belə şeylərə gedən adam deyiləm. Sənətə qalmaqalla gəlməmişəm. Üstündən keçdi. Ruhəngizlə söhbət etdik, onu da gedib aparıcıya deyib. Aparıcı da mənim üstümə hücum çəkdi. Aramızda olan söhbəti niyə ona-buna danışırsan?".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Kəmalə Rəhimli qalmaqal yaşadığı həmkarı Ruhəngiz Musəvinin ünvanına deyib. Xanəndə müğənninin onunla bağlı dediklərinə cavab verib:

"Ruhəngizə dedim ki, niyə gedib sözü orada-burada danışırsan? Qayıtdı ki, mən deməmişəm. Mən də dedim ki, canım mənim üçün qiymətlidir. Əgər bu söhbəti gedib danışmısansa, Allah bilsin. Dilini sakit qoysun, telekanallarda ağlamasın. Qarğış etmişəm, edirəm, edəcəyəm də. Onu qarğışlayıram, satqındır".

Qeyd edək ki, R.Musəvi K.Rəhimlinin ona qarğış etdiyini deyərək, ağlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.