Şou-biznes

Qəfil səhhəti pisləşən xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO

3 Dekabr 2022 10:39
Baxış: 1 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Aftandil İsrafilovun səhhəti qəfildən yenidən ağırlaşıb və təcili xəstəxanaya yerləşdirilib.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu barədə aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Aparıcı bildirib ki, həkimlər "Şöhrət" ordenli sənətkarın sağlamlıq vəziyyətinin ağır olduğunu söyləyiblər.

N. Məmmədov 81 yaşlı qarmon ustadının hansı xəstəliklə mübarizə apardığını bildirməsə də müalicəsi üçün yüksək məbləğə ehtiyac olduğunu bu sözlərlə diqqətə çatdırıb: "Xərc çox, ümid az. Kömək etmək istəyənlər üçün qapı açıqdır. Təki sənətkar ayağa qalxsın ... Təki onu xilas edək!".

Qeyd edək ki, Aftandil İsrafilov bir neçə həftə əvvəl yerli tibb ocaqlarıın birində cərrahiyyə əməliyyatı keçirmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.