"Netflix"in "YouTube" kanalında "Nyu-York" sakinlərinin "Adamslar ailəsi"ndəki "canlı əl"in köməyi ilə sınandığı video yayımlanıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumdur ki, video "Netflix"də noyabrın 23-də debüt edən yeni "Vensdey" serialının reklamı üçün çəkilib.
Dəqiqə yarımdan bir qədər çox davam edən zarafatda insanlar "Əşya" adlı canlı ələ fərqli reaksiya göstəriblər. O, videonun bəzi qəhrəmanlarını qorxudub, bəzilərini isə güldürüb.
Milli.Az