Milli.Az-ın məlumatına görə, aprelin 15-də tanınmış estrada müğənnisi Nura Surinin ad günü olsa da, sənətçi şəxsi bayramını təntənəli şəkildə qeyd etməyi lazım bilməyib.
Əməkdaşımızla söhbəti zamanı Nura məclis təşkil etməyinə mane olan səbəblərdən danışdı:
"Bu il böyük oğlum Xosrov İngiltərədə yerləşən universitetlərdən birinin tələbəsi olmaq üçün imtahana hazırlaşır. Onun iddialı qərarını nə qədər sevinclə qarşılasam da, bir o qədər də narahatlığım var. Tanıyanlara məlumdur ki, hər üç oğluma necə bağlı olan anayam. Və bir də, heç vaxt uzun müddət bir-birimizdən ayrı düşməmişik. Təlaşlı əhvala kökləndiyimi görən Xosrov "niyə nigaransan, mən axı uşaq deyiləm?" sözlərini tez-tez işlətsə də, ana ürəyi başqadır. İnanın, özümlə bağlı hər şeyi ikinci plana keçirmişəm.
Qəbul imtahanları üçün lazım olan sənədləri artıq bəzi dünyaca məşhur ali təhsil ocaqlarına təqdim olunsa da, hələ hansı universitetin tələbəsi olacağını dəqiqləşdirməmişik. Çox güman ki, bu, Londonda yerləşən təhsil ocaqlarından biri olacaq. Başqa cür ola da bilməz. Həm Xosrov, həm də o biri oğlanlarım Bakıda yerləşən ingilis dilli məktəblərin birində təhsil alırlar. Onlar bu dildə çox mükəmməl danışırlar. Ümidvaram ki, hər şey yaxşı nəticə verəcək. Amma bilmirəm, məni məcburən oğlumdan ayıracaq bu xoş hadisə baş verdikdən sonra onsuz Bakıda necə qalacağam... Yəqin mən də Londona köçərəm".
Yazını yayımlamağa hazırladığımız vaxtda əldə etdiyimiz başqa bir məlumata görə, müğənni İstanbuldadır. Bu səfərin istirahət və ya yaradıcılıqla bağlı olması haqqında heç bir fikir səsləndirmək istəmirik. İnşallah, özü gələr, soruşarıq. Amma sonda gecikmiş olsaq da, istəkli Nura Surini ad günü münasibəti ilə təbrik edir, Allahdan həyatı boyu xoşbəxt günlər yaşamasını arzulayırıq.
Şahin Cavadsoy
Milli.Az
Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Nura Suri məcburən böyük oğlundan ayrılacaq - EKSKLÜZİV - FOTOSESSİYA
16 Aprel 2012 11:33
0 Şərh
Baxış: 6 563
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Divarlarımıza yapışan xəstəlik: Kif göbələyindən necə qurtulmalı?
-
Ən böyük arzusunun reallaşdığı gün vəfat etdi - təfərrüat
-
Saç tökülməsi ciddi xəstəliklərin siqnalı ola bilər
-
Baxış həmin baxış... - FOTO
-
Bir ailəni necə xilas etməli? - Minlərlə evliliyi qurtaran sadə bir vərdiş
-
Mağazadan bu südü heç vaxt almayın - SƏBƏB
-
“Qarabağ” İngiltərədədir - FOTO
-
Bu gün nə bişirim? - Gündəlik ev yeməyi menyusu
-
Zelenski Ukraynada hərbi vəziyyət müddətini uzatdı
-
"Nikosayağı” illər sonra öz görüntüsünü paylaşdı - VİDEO
-
Tut doşabı nəyə faydalıdır? - Çəki artırırmı?
-
Saf qızıl istehsal edən bitki tapıldı: Hər evdə yetişdirilməsi mümkündürmü?
-
İlqarə anasının ad günündə ifa etdi - VİDEO
-
Günün qoroskopu: Sakitlik içində güc var
-
Tehrandakı səfirliyimizə hücumdan üç il ötür
-
Röya Aygünü belə təbrik etdi - VİDEO - FOTO
-
Nyu-Yorkda misli görünməmiş şaxta: Hudzon çayı dondu - FOTO
-
Namiq Aygün Kazımovanın ad günündə - VİDEO
-
“Qarabağ”ı İngiltərədə belə qarşıladılar - VİDEO
-
Məşhur cütlük valideyn oldu - FOTO
-
Ruttedən Avropaya xəbərdarlıq: "ABŞ olmadan müdafiə xülyadır"
-
Nazirlik qərarını verdi: Bu şəxslər vəzifəsini itirdi
-
Kişilərdə 30 yaşına çatmadan saçları niyə tökülür?
-
Bakının 2 rayonunda qaz olmayacaq


























