Şou-biznes

"Biz bu sənətə pula görə gəlməmişik" - Xalq artisti - VİDEO

29 Noyabr 2022 15:02
Baxış: 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vaxtı ilə biz böyük ustadlardan və müəllimlərdən dərs almışıq. Bizim özülümüz var. Biz bu sənətə pula görə gəlməmişik". 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti İlham Namiq Kamal "Maqazin plyus" verilişinə müsahibəsində deyib. 

73 yaşlı sənətkar yalnız özü kimi peşəkarlara dəyər verdiyini dilə gətirib: 

"Kimin məktəbi var, o sənət adamlarına daha böyük rəğbətim var. Yalnız peşəkarları alqışlayıram. Peşəkarlıq isə çox böyük məktəbdir".

Xalq artisti yeni ekran işlərində olmadığının səbəbini bu sözlərlə ifadə edib:

"Gözəl ssenarisi, peşəkar rejissor olarsa, mütləq şəkildə yeni serial və filmlərə çəkilərəm". 

İlham Namiq Kamal müsahibəsinin sonunda küsülü olduğu deyilən həmkarı Xalq artisti Afaq Bəşirqızı ilə münasibətlərinə də aydınlıq gətirib:

"Uzun illər biz Afaq xanımla rollar ifa etmişik. Kimsə bu xəbərlərdən qazanc əldə etmək istəyirsə qoy etsin. Belə xəbərləri yayanlar dolanışıq üçün edirlər"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.