Şou-biznes

Doğuş anasının qarşısında diz çöküb ağladı - "Onu bağışladım"

27 Noyabr 2022 09:36
Baxış: 2 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hər kəsin ziyarətçisi gələrdi, bir mənim gəlməzdi. Həqiqətən anamı övladlarım dünyaya gələndən sonra bağışladım. Bunu ürəkdən deyirəm". 

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Doğuş "Günaydın, Azərbaycan" proqramında deyib. O, daha sonra anası Nurhəyat xanımın qarşısında diz çökərə ağlayıb.

"Allah heç kimi anasız-atasız qoymasın. Danışmaqla bitmir, heç vaxt da bitməyəcək. Amma həqiqətən, Allahın izni ilə anamı bağışladım" deyə, Doğuş əlavə edib.

Qeyd edək ki, ifaçının anası bir müddət əvvəl Doğuş uşaq olarkən keçmiş həyat yoldaşı ilə boşandıqdan sonra məhkəmənin oğlunu ondan alaraq atasına verdiyini açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.