Şou-biznes

"Qadınların çoxunun psixoloji travmaları var" - Ruhi Əliyeva

27 Noyabr 2022 04:14
Baxış: 1 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"14 yaşlı qızı ərə verirlər, amma o, hələ öz hüquqlarını qoruya bilmir. Azərbaycanda qadın zorakılığı artıq ifrat həddə çatıb. Sosial şəbəkələrdə, saytlarda hər gün qadınların müxtəlif formada zorakılığa məruz qalmasının şahidi oluruq. Düşünürəm ki, bu problemin kökü təhsilsizlikdən qaynaqlanır. Zorakılığa məruz qalan qadın hara müraciət edəcəyini, öz hüquqlarını necə müdafiə etməli olduğunu bilmir".  

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu sözləri "Liatris Holding"in rəhbəri, iş xanımı Ruhi Əliyeva deyib.

R. Əliyeva bildirib ki, Azərbaycan qadınının narkotik istifadə etməsi ürəkağrıdan mənzərədir: "Qadınların çoxunun psixoloji travmaları var, hər xanım güclü ola bilmir. Qadın o qədər zərifdir ki... Bir əxlaq düsturu var, deyir, əlinə, dilinə, nəfsinə hakim ol. Elə insanlar var ki, nəfsinə hakim ola bilmir, eləsi də var, zəifdir. İndiki dövrdə çox ürəkağırdıcıdır ki, Azərbaycan qadını narkotikdən istifadə edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.