Təhdid olunan Hadise kömək istədi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin məşhur müğənnisi Hadise təhdid və şantaj edildiyini açıqlayıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə instaqramda paylaşım edib.
O, haqqında yalan xəbər və şayiələr yayan insanlara qarşı hüquqi proses başladacağını bildirib:
"Hər şeydən əvvəl mən bir qadın, insanam. İl yarımdır ki, bir qrup tərəfindən təqib və təhdidlərə məruz qalmışam. Bu insanların dediyinə görə, mən neçə dəfə hamilə qalıb, abort etmişəm. Onlar ötən günlərdə göz həkimindən çıxarkən yenə abort etdirdiyimi söylədi. Bu adamlara görə məşuqə də oldum. İl yarımdır ki, bu insanlar tərəfindən şantaj olunuram. İnsan deyirəm, amma bu insanlığa yaraşan bir şey deyil. Onların materialı deyiləm, insanam. Bu adamlar sözün əsl mənasında şəxsi həyatıma qəsd edirlər. Şantaj, hədə-qorxu... Sırf Hadisə olduğum üçün bunu asanlıqla edə biləcəklərini düşünürlər?".
İfaçı məsələylə bağlı Türkiyənin Ədliyyə Nazirliyinə müraciət edib:
"Artıq bütün qadınlara, ədliyyə nazirimizə, ədliyyə sistemimizə səslənirəm. Bu, şantajdır, təhdiddir, şəxsi həyatıma rəsmi təcavüzdür! Heç bir məşhuru və qadını bu cür təhdid, şantaj etmək olmaz. Bu təcavüzün qarşısını almaq üçün mübarizə aparacam! Təkcə özüm üçün deyil, mənimlə eyni şeyləri yaşamış və yaşayacaq qadınlar və qadın həmkarlarım üçün mübarizə aparacağam.
Sən kimsən? Sən Allahsan? Mənim bu dünyada heç kimə verəcəyim hesabım yoxdur! Burada mən türk ədalətinə səslənirəm və ona güvənirəm. Hər kəs haqqında beldən aşağı danışmaq haqqı görən bu maqazin proqramları mütləq nəzarət altına alınmalıdır. Sizin maqazin dediyiniz şey insanları təhdid etmək deyil".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nazilə Səfərli evində filippinli qadın işlədir
-
Nail Kəmərlinin yeni iş yeri bəlli oldu
-
Ofelya Şabanova: "O qaça-qaça qardaşımın yasına gəldi"
-
Məşhur tiktoker "Arzum" həbs edildi
-
Ağadadaş Ağayevin müğənni bacısı oğlu: "Dayım mənə dəstək olmur" - (Video)
-
Məşhur aktyorun xanımı ilə fotolarını süni intellektə bənzətdilər - (Fotolar)
XƏBƏR LENTİ
-
Nazilə Səfərli evində filippinli qadın işlədir
-
“Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - (Video)
-
DÇ-2026: Avropa təmsilçiləri meydana çıxacaq
-
Sabah bəzi rayonlarda hava qeyri-sabit olacaq: Dolu və şimşək xəbərdarlığı
-
Bakıda eskalatorlar və bəzi liftlər yenilənəcək
-
Qızıl almaq istəyənlərin diqqətinə!
-
Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib - (Foto)
-
Xamenei burada dəfn olunacaq - (Video)
-
Gəncədə 29 yaşlı gənc bıçaqlandı
-
Nail Kəmərlinin yeni iş yeri bəlli oldu
-
Kiyevdə matəm elan edildi
-
Sandro Tonalinin yeni klubu bəlli oldu
-
Bakının 4 rayonunda su kəsintisi olacaq
-
Xameneyinin tabutunun ilk görüntüsü - (Foto)
-
FHN avtomobillərini binaların həyətində nizamsız park edənlərə müraciət etdi
-
Ofelya Şabanova: "O qaça-qaça qardaşımın yasına gəldi"
-
10 marşrutun hərəkəti istiqaməti dəyişdirilir
-
Məşhur tiktoker "Arzum" həbs edildi
-
Bakıxanovdakı yaşayış kompleksində yanğın: 4 avtomobilə ziyan dəyib - ( Foto)
-
Puşkinin Hemerdəki abidəsi yoxa çıxdı - Tapan mükafat alacaq - (Foto)
-
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir - (Foto)
-
Səhiyyə Nazirliyi apteklərdə nöqsanlar tapdı - Bu dərmanlar satışdan kənarlaşdırıldı
-
Seneqalın ulduzu: “Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”
-
İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verilib





