"Evdəkilərə salam" proqramının növbəti iştirakçısı müğənni Talıb Tale olub.
Milli.Az ssfera.az-a istinadla xəbər verir ki, aparıcı Aytəkin Mərdanova çəkiliş heyəti ilə sənətçinin yeni mənzilinə qonaq olublar.
Talıbın paytaxtın ərazisindəki binalardan birində yerləşən geniş və işıqlı evi müasir dizaynı, gözoxşayan panoraması ilə diqqət çəkib.
İfaçı veriliş zamanı yeni mənzilinə 20 gündür köçdüyünü və onun 19-cu mərtəbədə yerləşdiyini bildirib.
Milli.Az