Şou-biznes

Tanınmış aktrisanın aktyor atası vəfat edib - FOTO

15 Noyabr 2022 12:09
Baxış: 1 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hollivud ulduzu Cennifer Enistonun atası, amerikalı aktyor Con Eniston vəfat edib.

Bu barədə aktrisanın özü məlumat verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Eniston sosial şəbəkədə atası üçün "Sən ən gözəl insanlardan biri idin" yazıb.

Qeyd edək ki, aktrisanın atasının əsl adı Yannis Anastasakisdir. Gələcək aktyorun ailəsi iki yaşında ikən Kritdən ABŞ-a mühacirət edib.

Mərhum televiziya seriallarındakı rolları ilə tanınıb. O, 1985-ci ildən rol aldığı "Həyatımızın günləri" serialı sayəsində populyarlıq qazanıb.

Aktyor 90 yaşında dünyasını dəyişib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.