Şou-biznes

İskəndərin qardaşı: “Rəşad Dağlının ailəsi ölümüzə hörmətsizlik elədi”

11 Noyabr 2022 23:48
Baxış: 3 361
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rəşadın atası mən qardaşımı torpağa tapşırdığım gün gəldi bura, elə o gün bağışladım mən onları".

Milli.Az bildirir ki, bu sözləri Baku TV-nin efirində yayımlanan "Arzunun vaxtı" verilişində meyxanaçı Rəşad Əmirov (Dağlı) tərəfindən qətlə yetirildiyi iddia edilən İskəndər Mehdiyevin qardaşı deyib.

O bildirib ki, Rəşadın atasının qardaşı haqqında dediyi sözlər doğru deyil.

"Deyirlər ki, mənim qardaşım narkobarondur. Yoxdur elə şey. Mənim qardaşım narkotik istifadəçisi olub, ona görə də 9 ay həbs edilib. Narkotik satan adam bəyəm 9 ay həbs olunur? Onlar bizim ölümüzə hörmətsizlik edib", - deyə o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.