Şou-biznes

Nazpəri İlhamə Quliyeva ilə qalmaqalından danışdı

10 Noyabr 2022 11:36
Baxış: 1 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"O, (Xalq artisti İlhamə Quliyeva - red.)  məndən əvvəl böyük sənət adamı olub. Neçə illər efirdə idi, Allah rəhmət etsin, gərək mənimlə münaqişə etməzdi. Bu şeylər olmayaydı".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Səhərin səsi" proqramında deyib. O, mərhum Xalq artisti İlhamə Quliyeva ilə aralarında yaşanan qalmaqaldan danışıb. 

Dostəliyeva Quliyevanın onu məhkəməyə verməsini yanlış addım adlandırıb:

"Şəxsən mən o xanımın yerinə olsaydım, belə şeylər etməzdim. Çünki o sözünü demiş sənətkardır. Mən dünənki gənc idim. Onun mənimlə münaqişə etməsi doğru deyildi. Onun yerində olsaydım, özümü Nazpəriyə rəqib görməzdim. Çünki mən 30-40 il bu sənətdə öz sözümü demişəmsə, yeni çıxan gənc müğənnini heç zaman özümə rəqib bilməzdim. Bu sənətdə aqressiya yox, paxıllıq var".

Qeyd edək ki, mərhum İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanın onu efirdə parodiya etməsinə qəzəblənərək məhkəməyə vermişdi. Nazpəri qarşı tərəfə 25 min manat təzminat ödəmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.