Şou-biznes

Ceksonun əşyalarını oğurlayıb, hərracda satmaq istədi

10 Noyabr 2022 20:36
Baxış: 730
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mərhum müğənni Maykl Ceksonun əmlak idarəçiliyi şirkəti onun Los-Ancelesdəki evinin qarət edilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, oğurlanan əşyalar arasında sənətçinin ictimaiyyətə təqdim olunmamış ifalarının səs yazıları olan elektron daşıyıcı, fotoalbom, kəllə sümüyü olan qara çanta, mükafat diplomları və rəssamın təsviri olan kuklanın da olduğu bildirilir.

Zərər bir milyon dollar dəyərində qiymətləndirilir.

Şübhəli şəxs qismində isə Ceksonun bacılarından birinin keçmiş sevgilisi Cefri Filipps təqsirləndirilir. O, oğurladığı əşyaların bir qismini hərraca çıxarıb. Məşhurun ​​evinə cavabdeh olan şirkətin şikayətindən sonra hərraca qadağa qoyulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.