Şou-biznes

"4 saat tıxacda qalmaq olar?" - Aysel Əlizadə

5 Noyabr 2022 23:53
Baxış: 1 541
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda yaranan tıxaclardan şikayətlənənlər arasına müğənni Aysel Əlizadə də qatılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib. İfaçı 4 saatdır tıxacda qaldığını vurğulayıb:

"Lənkərana getsəydim, bundan yaxşı idi. 4 saat tıxacda qalmaq olar? Hara gedir bizim axırımız? Yeni İldə nə edək onda? Piyada gedərik hər yerə, başqa variant yoxdur. Bu, nə məsələdir, hara gedir bunun axırı? Belə getsə, metro, piyada getmək daha məntiqə uyğundur. İstanbul bizim yanımızda toya getməli olub. Deyir, gülmə qonşuna, gələr başına. Oraya gülüb, lağ edirdik ki, vay İstanbul belədir, falan. Amma İstanbul şükürlüdür, vallah. Saat 5-dən tıxac olar? Saat 4-də çıxmışam, saat 7-dir, indi çatıram evə. Çox əsəbiyəm".

Qeyd edək ki, bundan əvvəl Əməkdar artist Əkbər Əlizadə də tıxaclardan şikayətlənmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.