Şou-biznes

Humay Qədimova polis inspektorundan DİN-ə şikayət etdi

5 Noyabr 2022 08:03
Baxış: 2 367
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tarzən Humay Qədimova Daxili İşlər Nazirliyinə videomüraciət ünvanlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, tarzən müraciəti öz instaqram hesabında paylaşıb.

Onun sözlərinə görə, sürücüsünü Ekologiya Postu deyilən ərazidə Vüqar Cəbrayılov adlı polis inspektoru qanunsuz olaraq saxlayıb.

Humay Qədimova qeyd edib ki, sürücüsü içkili olmadığı halda, onun içkili olduğunu iddia edərək daha sonra ondan sənədlərini tələb edib.

Sənətçi həmin inspektorun avtomobilin qaytarılması üçün sürücüdən 3000 manat rüşvət istədiyini də bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.