Şou-biznes

Acı xəbər gəldi: "Toppuş bacı"...

4 Noyabr 2022 23:21
Baxış: 41 241
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Tünzalə Əliyevanın səhhətində yenidən problem yaranıb.

Milli.Az oxu24.com-a istinadən xəbər verir ki, bu barədə aktrisa Ülviyyə Əliyeva məlumat yayıb. 

O bildirib ki, həmkarının vəziyyəti yaxşı deyil:

"İki-üç gün əvvəl analizlərinin cavabı çıxdı. Artıq beynində xərçəng aşkarlanıb.

Hamınızdan Tünzalə üçün dua istəyirəm. İnşallah Allah onu övladına bağışlayar. Bu gün yenidən analiz verdi. Təkrar şüa qəbul etməyə başlayacaq".

Qeyd edək ki, xəstəlik daha əvvəl aktrisanın daxili orqanlarına yayılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.