Şou-biznes

İrina Şeyk tədbirə elə geyimdə getdi ki, alt paltarı göründü - FOTO

4 Noyabr 2022 04:44
Baxış: 4 032
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya şöhrətli tatar əsilli rusiyalı supermodel İrina Şeyk görünüşü ilə təəccübləndirib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, dünya ulduzu Rihannanın alt-paltar markası "Fenty & Savage" dəb gecəsinə supermodel korset və şəffaf mini ətəkdə qatılıb.

Transparan geyimdə diqqətləri üzərinə cəmləyən  Şeyk açıq-saçıq obrazı ilə səhnəyə çıxan modelləri kölgədə qoyub.

Moda dünyasında və ulduz dairələrində İrina Şeyk təkcə çılğın və dəlisov imici ilə deyil, eyni zamanda şəxsi həyatı ilə də dillərdən düşmür. Belə ki, supermodel keçmiş sevgilisi və ortaq qızı Leanın atası, Hollivud aktyoru Bredli Kuperin yanında görüntülənib.
İrina ya "Baham" adalarında dincəlir, şəkillər paylaşır, ya da Nyu-York küçələrində gəzərək, açıq havada vaxt keçirir. Lakin pərəstişkarları cütlüyü nə qədər fəal şəkildə bir araya gətirsələr də, hələlik ulduzların birləşməsi ilə bağlı rəsmi məlumat yoxdur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.