Şou-biznes

35 kq arıqlayan Mətanət yenidən əməliyyat olunacaq

31 Oktyabr 2022 02:44
Baxış: 1 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mədəkiçiltmə əməliyyatı ilə 35 kilo çəki atan Əməkdar artist Mətanət İsgəndərli yenidən bıçaq altına yatacaq.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə sənətçi "MTV Maqazin" verilişinə müsahibəsi zamanı deyib.

O, bildirib ki, estetik prosedurlara üz tutacaq:

"70 kilo çəkiyə düşsəm, ideal olar. Artıq çəkiləri atdıqdan sonra, plastik əməliyyata girəcəm. Üzgərmə və bədən korreksiyası əməliyyatı keçirəcəyəm. Bu yaşıma çatmışam, bir dəfə də olsun, plastik əməliyyat etdirməmişəm. "Liposaksiya" əməliyyatının isə qəti əleyhinəyəm. Dəfələrlə öz gücümə əməliyyatsız arıqlamışam. 30-35 kilo çəki atmışam. Gec yatıram, gecə yemək yeyirəm. Bizim normal həyatımız olmur. Gecə yuxusuz qalmağımız axırımıza çıxıb. Çox çəki aldığımdan qərara qəldim ki, mədəkiçiltmə əməliyyatı keçirim. Əməliyyatdan sonra 35 kilo arıqladım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.