Prezidentin gəlini olmadı, xəstəliyə tutuldu - Unudulan məşhurlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər verir ki, lent.az "Unudulan məşhurlar" rubrikasını davam etdirir. Bu dəfəki qəhrəmanımızın səsinə, sənətinə, şöhrətinə yaşlı nəsillər daha yaxşı bələddirlər. Televiziyalarda axtarılan, sənətdən uzaq düşən Xalq artisti Elmira Rəhimova niyə gözlərdən uzaqdır? O, indi haralardadır?
Elmira Rəhimova 1941-ci il avqust 13-də Bakıda dünyaya gəlib. Paytaxtın 8 nömrəli orta məktəbində təhsil alıb. Deyilənə görə, uşaq yaşlarından hind musiqisini və incəsənətini olduqca sevib. 14 yaşında ikən Müslüm Maqomayev adına Mahnı və Rəqs Ansamblının solisti olub. 10 il sonra Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda Seyid Şuşinskinin tələbəsi olub. 1970-ci ildə isə Azərbaycan Dövlət Dillər İnstitutunu bitirib. 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solisti kimi tanınıb.
Elmira xanım təkcə azərbaycanca mahnılar oxumayıb, o, həm də əcnəbi dillərdə də məharətlə ifa edirdi. Hətta hind musiqilərini elə istedadla ifa edir ki, Hindistanın Baş Naziri Cəvahirləl Nehrunun dəvəti ilə iki dəfə Hindistanda olub, hind mahnılarını və rəqslərini öyrənib. Dediyinə görə, dəlicəsinə sevirdi hind xalqını. Bundan sonra o, 1957-1961-ci illərdə Hindistanda yaşayıb. Müğənniyə orada "Miradi", yəni "Sənət ilahəsi" deyirdilər.
Belə bir məlumat da var ki, Elmira Rəhimova orada o qədər sevilirdi ki, 30 minlik hind tamaşaçısı "Cücələrim" mahnısını xorla oxuyaraq müğənnidən həmin mahnını təkrar-təkrar ifa etməsini xahiş edib. İfaçının sözlərinə görə, ona Hindistan prezidentinin oğlu evlilik təklif edib və ondan burada yaşamasını istəyib. O, cavabında "Mən bura oxumağa gəlmişəm, ərə getməyə yox", - deyib təklifi rədd edir.
Sənət dostları deyir ki, xasiyyətcə qapalı, kövrək, həssas qəlbli biridir. Onun sözlərinə görə, ifaçıya xeyli pul təklifləri etsələr də, pula ehtiyacı olsa da, bir dəfə də olsun, toylarda ifa etməyib.
Müğənninin şöhrətinə şöhrət gətirən "Tələbə", "Səadət, "Yenə sənsiz bu axşam", "Sən yadıma düşəndə", "İntizar", "Dinlə məni, sevgilim" kimi ifaları olub. Bundan başqa, dünyanın 60-dan çox ölkəsində konsertlər verib. 2005-ci ildən bəri televiziyalar şou-biznes proqramları olan efirlərə çıxmaqdan imtina edib.
Xalq artisti Elmira Rəhimovanın gözəl ailəsi - Anand adlı bir oğlu və Elmira və Tofiq adlı nəvələri var. Həyatını illərdir səssiz və sakit yaşamağa üstünlük verən sənətçi ilə əlaqə saxladıq.
Mediaya məlumdur ki, o və nəvəsi uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkirlər. Vəziyyəti ümumi olaraq sabitdir. Amma jurnalistlərə sözü budur ki, özünün də dediyi kimi, "birinin üstünə beşini qoyub yazmasınlar".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşanın Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşdən videoçarx paylaşılıb
-
Süni intellekt bəşəriyyəti dörd günə məhv edə bilər - İDDİA
-
Çin aviaşirkətləri tayfun səbəbindən 2800 reysi ləğv etməyi planlaşdırır
-
Matçda təhqiramiz ifadələr işlədən aktyor cərimələndi
-
Bu aylarda doğulan insanlar taleyini dəyişmək üzrədirlər
-
Prezident İlham Əliyev: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
-
Qaradağda ağır qəza - Ölən və yaralananlar var
-
Prezident İlham Əliyev: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
-
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
-
Prezident İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
-
Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - (Video)
-
Müctəba Xamenei atasının dəfn mərasimində niyə iştirak etməyib?
-
Slovakiya Prezidenti Azərbaycana səfər edəcək
-
Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü
-
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
-
"Real" klubu Vinisius Junior ilə yeni müqavilə barədə razılığa gəlib
-
Türkiyədə kişi çağırışa gedən polisi güllələyib öldürdü
-
Prezident İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib - (Foto)
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - (Video)
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
Dmitri Breykin vəfat etdi
-
Sabah Abşeron çimərliklərində külək güclənəcək





