Şou-biznes

Rejissoru öldürən aktyorun istintaqı başa çatdı

29 Oktyabr 2022 17:44
Baxış: 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı aktyor Alek Bolduinin film çəkilişi zamanı baş verən qətl hadisəsinin araşdırmaları başa çatdırıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Rust" filminin çəkiliş meydançasında təsadüfən qadın rejissor Qalina Hatçinsi güllələyərək ölürən aktyorun işi artıq prokurorluğa verilib.

Rayon prokuroru və onun komandası ittiham irəli sürmək üçün sübutları hərtərəfli araşdırmağa başlayacaq.

Qeyd edək ki, 2021-ci il oktyabrın 21-də filmin prodüseri və baş rol ifaçısı Bolduin iki nəfəri - operator Qalina Hatçins və rejissor Coel Souzanı yaralayıb. 42 yaşlı Qalina aldığı xəsarətlərdən dünyasını dəyişib. 48 yaşlı direktor körpücük sümüyündən yaralanıb və bir müddət xəstəxanada yatıb və sağalıb.

Araşdırmalar zamanı polis baş verənlərə görə yalnız Alekin məsuliyyət daşıdığını və güllənin təsadüfi olmadığını iddia etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory