Şou-biznes

"Anama nifrətlə baxırdım"

4 İyul 2025 18:58
Baxış: 573
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Atam Rusiyada qalırdı. 10 il sonra gəldi Azərbaycana və anamla barışdı. Evdə bizimlə qalırdı, anamı ona qısqanırdım. Təəccüblü gəlirdi ki, doğma atam bizə gəlib. Elə bilirdim ki, anam ancaq bizimlə danışmalıdır, heç kimlə ünsiyyət qurmamalıdır".

Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Sən olsaydın" verilişində deyib. Müğənni illər əvvəl atası ilə anasının barışmasından söz açıb:

"Atama düşmən kimi baxırdım. Anam heç vaxt ətir vurmurdu. Gördüm bir az bizim ətirlərdən vurur. Anama nifrətlə baxırdım. İllər sonra peşman oldum ki, anama haqsızlıq etmişəm. Atamı anama qısqanmışam. Özüm də valideynəm, görürəm ki, övladlarım məni anama, bacılarıma, hər şeyə qısqanırlar". (Axşam.az)

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.