Şou-biznes

50 yaşlı Dilarəyə əri Oqtay, qızı və nəvəsindən GÖZLƏNİLMƏZ SÜRPRİZ - VİDEO

28 Oktyabr 2022 10:33
Baxış: 7 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Dilarə Əliyeva 50 illik yubileyini canlı efirdə qeyd edib.  

Milli.Az bizim media-ya istinadən xəbər verir ki,aktrisa qonaq olduğu "7 canlı" axşam şousunda xoş sürprizlərlə qarşılaşıb.  

Belə ki, verilişin çəkiliş heyəti Dilarənin həyat yoldaşı ""Soy"production"un rəhbəri Oqtay Əliyevin xanımının doğum günü ilə bağlı təbrik müsahibəsini canlı efirdə yayımlayıb.  

Oqtay bundan sonra Dilarəyə istədiyi film və seriallara çəkilməsinə razılıq verib:

"Təbrikimin rəsmi tərəfi, sənə sənətdə böyük uğurlar arzu edirəm. Təbrikimin qeyri-rəsmi tərəfi isə, nə ürəyin istəyir elə (gülür). Hansı rola istəyirsən çəkil. Verilişlərin bol olsun. Son zamanlar hiss edirəm ki, nəvələrə meyilli olmusan. Sənə bol nəvə arzu edirəm ki, hərdən birinin evinə gedəsən. Həftədə yeddi gün var. O yeddi günün hər gününü nəvələrinin evinə gedəsən".

Proqramın kuliminasiya nöqtəsində isə verilişin aparıcısı Vüsalə Əlizadə D. Əliyevaya gözlənilməz sürpriz edib.  

Belə ki o, aktrisanın 27 yaşlı qızı Aytəni və qız nəvəsi Aygülü studiyaya dəvət edib. Onları görən Əməkdar artist kövrəlib. O, həm qızını həm də nəvəsini qucaqlayaraq, gəldiklərinə görə təşəkkür edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.