Şou-biznes

Azərbaycanlı bloger “Krasa Rossii 2022”nin qalibi ilə bir arada - VİDEO - FOTO

27 Oktyabr 2022 16:20
Baxış: 1 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada məşhurlaşan azərbaycanlı video bloger Hüseyn Həsənov Soçidə "Krasa Rossii 2022" gözəllik müsabiqəsinin final mərhələsində iştirak edib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sözügedən yarışmanın münsiflər heyətinin üzvlərindən biri olan bloger səhnəyə çıxaraq, qalibin adını açıqlayıb.

Üç saat davam edən gözəllik yarışmasının qalibi Nijni Novqoroddan olan 19 yaşlı Darya Lukonkina olub.

Darya bundan daha əvvəl "Miss Nijni Novqorod 2022" tacına sahiblənib. Bundan sonra Lukonkina Rusiyanı "Miss Earth-2023" beynəlxalq müsabiqəsində də təmsil edəcək.

Yarışma bitdikdən sonra Darya ilə bir araya gələn Hüseyn "Bu güllər "Krasa Rossii 2022"dir. Sənin 19 yaşın var. Sən çox gözəlsən. Amma dırnaqlarında fransız manükürü yoxdur" deyib.
"Krasa Rossii 2022"də yaşananları isə anbaan Hüseyn Həsənov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.