Şou-biznes

Nanə efirə gecikən məşhurlardan şikayətləndi

28 Oktyabr 2022 04:22
Baxış: 1 525
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nanə Ağamalıyeva qonaq dəvət edilən məşhurların efirə gecikməsindən gileylənib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, aparıcısı olduğu "Günün sədası" verilişində danışıb.

"Efirə vaxtında gəlmək məsuliyyətdən irəli gələn şeydir. Ötən günlərin birində qonaqlardan biri gecikmişdi. İnanın, o həyəcanı ki, mən yaşadım, sizə çatdıra bilmərəm. Artıq o efir başlandı, çox gözəl nəğmələr səsləndi. Gözəl zövq aldıq, ancaq mən qonağın gecikmə həyəcanını ata bilmədim, böyük bir stress yaşadım. Çünki tamaşaçı önünə çıxmaq məsuliyyətdir, amma gələn qonaq da bunu hiss etməlidir ki, verilişin axarı var, süjetlər, zamanlama var", - deyə, Nanə bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.