Şou-biznes

Sobçak Rusiyadan qaçdı

26 Oktyabr 2022 18:04
Baxış: 1 173
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Teleaparıcı və bloger Kseniya Sobçak ötən gecə Rusiyanı tərk edərək Belarus ərazisi ilə Litvaya gedib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

"O, çərşənbə axşamı günü, gecə gec saatlarda Moskvadan çıxıb. Eyni zamanda internet vasitəsilə dünən Dubaya, bu gün isə Türkiyəyə aviabilet alıb. O, əməliyyatçıları çaşdırmaq üçün belə edib. Nəticədə Belarus vasitəsilə Litvaya daxil olub", - deyə hüquq mühafizə orqanlarından bildirilib.

Qeyd olunub ki, müstəntiqlərin əlində Sobçakın saxlanması barədə qərar olub, lakin o, qaça bilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Sobçakın Moskva vilayətindəki bağ evində axtarış aparılıb. Axtarışın Sobçakın kommersiya direktoru Kirill Suxanova qarşı iş üzrə aparıldığı bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.