Şou-biznes

Rusiyadan getdi, içkiyə qurşandı, depressiyaya düşdü...

16 Oktyabr 2022 18:12
Baxış: 1 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yutubda yayımlanan "Вписка" proqramının qonağı olan rusiyalı reper Morqenştern həyatının necə dəyişdiyindən danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Dubaya köçən sənətçi bir neçə aydır depressiyaya düşdüyünü etiraf edib. O, hətta kədərli treklər də yazmağa başladığını deyib.

Reper avtomobil idarə edərkən baş verən panik atakdan necə xilas olduğunu danışıb:

"Ürəyim belə döyünməyə başlayır, bədənim titrəyir... Mən yanacaqdoldurma məntəqəsinə getdim, işçilərə şiddətli panik atak keçirdiyimi və bir müddət burada oturacağımı söylədim. Həkim gəldi və yoxladılar. Dedilər ki, yaxşısan, sadəcə panik atakdır, get evə, dincəl, sakitləş, içməyi dayandır".

Morqenşternin sözlərinə görə, Dilarə Zinatullina ilə boşandıqdan sonra o, kifayət qədər motivasiya videoları gördüyü üçün içkini dayandırıb. Ancaq bu, cəmi bir ay çəkib:

"Beyin istəyir, yaşamaq istəyirəm - amma içmək daha əyləncəlidir. 160 milyona ev alırsan, ölkədən qovulursan. Arvadından boşanırsan, kökəlirsən, güzgüyə baxırsan və özünü bəyənmirsən".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.