Şou-biznes

Roza ilə Rövşanə aktrisaya OD PÜSKÜRDÜLƏR: "BİABIRÇILIQDIR" - VİDEO

12 Oktyabr 2022 11:31
Baxış: 3 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən günlərdə "Ümidlə gəl" verilişində aktrisa Nəzakət Məmmədovanın həyat yoldaşının ona qardaşı arvadı ilə xəyanət etdiyi barədə açıqlaması xeyli müzakirə yaradıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, eyni proqramda qonaq olan aparıcı Rövşanə Ağasəfqızı sözügedən mövzuya münasibət bildirib.

O, bu cür hadisənin efirdə səsləndirilməsinə qarşı çıxıb:

"Biabırçılığa bax. Qardaşı arvadı bir hoqqa çıxardıb, öz əri bir... Dəhşətli bir şeydir. Olmaz! Elə şeylər var ki, onu efirdə demək, göstərmək olmaz. Bunu ictimailəşdirmək düzgün deyil".

Verilişdə qonaq olan Roza Zərgərli də Rövşanə ilə eyni fikirdə olduğunu vurğulayıb.

Xatırladaq ki, N. Məmmədova açıqlamasında "Bu haqda mən heç zaman danışmamışam. Həyat yoldaşım mənə qardaşımın arvadı ilə xəyanət etdi. Bu hadisədən sonra qardaşım da boşandı, mən də... İndi mənə xəyanət edən ataya öz övladını göstərim? Niyə?", - deyə, bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.