Şou-biznes

Bekhemin xanımıyla bağlı addımı müzakirə yaratdı

8 Oktyabr 2022 16:31
Baxış: 1 032
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemlə modelyer Viktoriya Bekhemin oğlu Bruklin instaqram səhifəsinin profil yazısında dəyişiklik edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onun profilinə "Nicolas husband" (Nikolanın əri) yazması sosial şəbəkədə müzakirələrə səbəb olub. 

Qeyd edək ki, Bruklin daha əvvəl həyat yoldaşı, amerikalı milyarder Nelson Peltzin qızı Nikola Peltzin soyadını sinəsinə və evlilik andını qoluna, əlinə isə "Married" (evli) döyməsini etdirib. Nikolanın gözlərinin təsvirini və onun üçün yazdığı sevgi məktubu da kürəyini döydürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.