Şou-biznes

“Amma xaricdən aktyor gətirməyə pulları çatır…”

5 Oktyabr 2022 20:36
Baxış: 1 344
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktyor Sain Fərhad Fərmanlı feysbuk paylaşımı ilə diqqət çəkib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi yerli aktyorlara kifayət qədər qonorar verilmədiyi məsələsinə toxunaraq şikayətlənib:

"Qarabağa aid 8 seriyalı filmdə işləməyimizi istədilər. Qonorar dedik, istəmədilər. Bunların fikri, 6 manat verib bizi bütün havalarda oynatmaqdır. Nə sutkalıq pul istədik, nə də başqa bir şey. Sadəcə, endirimlə öz haqqımız olan qonorarın yarısını dedik. İndi də gedib yenə başqa ölkədən aktyor gətirəcəklər. Onlara pulları çatacaq amma. Bu ölkənin kinosuna xidmət etməyə dəyməz. Çatan istifadə etmək istəyir. Hamı istəyir varlansın, amma sənin haqqını verməsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.