Şou-biznes

Vin Dizel “Avatar”ın davamında çəkildiyi üçün böyük qonorar alıb

4 Oktyabr 2022 17:11
Baxış: 963
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı aktyor Vin Dizel Ceyms Kemeronun "Avatar 2: Su yolu" filminin çəkilişlərinə görə böyük qonorar alıb.

O, layihədən 10 milyon dollar qazanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dizelin rolunun təfərrüatları hələlik məlum deyil. Eyni qonorarı Ceyk Salli rolunu oynayan Sem Uortinqton da alıb.

Bundan əlavə, aktyor filmin kinoprakatdan əldə etdiyi gəlirin 5%-ni tələb edə biləcək.

Həmçinin, Neytiri rolunun ifaçısı Zoe Soldana 8 milyon, Keyt Uinslet 6 milyon, Siqurni Uiver 3,5 milyon, Stiven Lanq isə 2 milyon dollar qazanıb.

Filmin istehsal büdcəsi 250 milyon dollar həcmində qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.