Şou-biznes

"Layiq olduğu dəyəri almadı" - Rəhim Rəhimli barədə danışdı

30 Sentyabr 2022 20:12
Baxış: 2 305
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, müğənni Rəhim Rəhimli gecə saatlarında vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hazırda mərhumun evində dostları və yaxınları son mənzilə yola salmaq üçün evinə toplaşıb.

Müğənni-bəstəkar Murad Arif axşam.az-a açıqlama verərək ifaçı ilə bağlı xatirələrini bölüşüb:

"Belə məqamlarda o qədər şey yada düşür ki... Ağlıma ilk gələn o oldu ki, geyinib buraya gəlim. Elə qəribə insan idi ki, belə bir gündə də müsahibələrini dinlətdirib yernidən güldürməyi bacarır. Uşaq qəlbli insan idi, heç vaxt bu dünyanının adamı olmayıb. Onu heç vaxt sona qədər anlamadıq. Layiq olduğu dəyəri almadı.

Dəstəyə ehtiyaca olan gənc görən kimi mahnısını verirdi, ya yazırdı, təmənnasız. Hər kəsə dəstək olurdu, kimisə proqramda görürdü əlaqə nömrələrini istəyirdi, verilişlərinə çağırırdı. Mahnılarını da onlara təmənnasız verirdi".

Qeyd edək ki, R.Rəhimli ürəktutmadan dünyasını dəyişib. O, bu gün saat 12-də Bülbülə qəbiristanlığında dəfn olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.