“Buna görə təqaüdümü kəsmişdilər” - “Əhməd haradadır?” filminin uzundraz Oqtayı...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Artıq yaşlanmışam, heç yerə gedib-gəlmirəm. Tez-tez jurnalistlər zəng edib, müsahibə istəyirlər. Vallah, indi o vaxt olduğu kimi həvəsli deyiləm. Yaş da axı öz sözünü deyir, az yaşım yoxdur. Tez-tez müalicəyə gedib-gəlirəm, səhhətim sözümə qulaq asmır. Evdə oturub televizor izləyirəm, kitab oxuyuram, günümü nəvələrimlə keçirməyi sevirəm. İndi elə yaşımdır ki, çayı da üfürə-üfürə içirəm. 25-30 ildir ki, sənətdən uzaqlaşmışam, təqaüddəyəm."
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında "Əhməd haradadır?" filminin "Uzundraz Oqtayı", aktyor-rejissor Novruz Axundov deyib. Sənətkar daha sonra əlavə edib.
"Sənət həyatımda Adil İsgəndərovun böyük rolu olub. Bu gün də ona rəhmət oxuyuram. Yadımdadır, tələbə idim, ona yaxınlaşıb dedim ki, məni də özünüzlə kinostudiyaya aparın. Universiteti bitirəndə təyinatımı Naxçıvana vermişdilər. Adil müəllimin köməyi ilə təyinatımı kinostudiyaya aldım. Daha sonra kinostudiyada dublyaja yiyələndim. Bu sənəti də mənə Ədil İsgəndərov sevdirmişdi. Hətta məni buna görə Moskvaya da göndərəcəkdi, amma getməyimiz alınmadı. Gənc yaşlarımda teatrda da fəaliyyət göstərmişəm. Kino və teatr sənətini müqayisə etsək teatr daha çətindir. Kinoda sənə maneə olan bəzi nüanslar var. Fikrin ya orda qalır, ya burada. Tam sərbəst ola bilmirsən, həm obrazının sözlərini əzbərləməlisən, həm də oynamalısan" deyə sənətkar bildirib.
Novruz Axundov daha sonra "Uzundraz Oqtay" obrazından danışıb.
"Əhməd haradadır?" filmi mənim ilk çəkildiyim ekran işidir. Ona görə də bu filmi, obrazımı çox sevirəm. Filmə xanım aktrisa tapmaq üçün çox əziyyət çəkdilər. Daha sonra tapdılar. Söhbət Leyla rolunun ifaçısı Töhfə Əzimovadan gedir. Məni operator bu rola təsdiqlədi. Amma Ədil müəllim təkid edirdi ki, başqalarını da yoxlasın! Filmə çəkiləndə gülüş dolu anlar da yaşanırdı. Orada bir yer var. Biz bir-birimizi təqdim edirik. "Uzundraz Oqtay, Saqqal Ramiz" və s. Bu yeri ssenaridə yazılmamışdı, improvizə idi. Ekran işində film boyu gözümdə eynək var. Gözlərim zəif deyildi, bu sadəcə obrazı daha inandırıcı oynamaq üçün istifadə olunurdu. Hətta o vaxt filmə çəkildiyimə görə tələbə təqaüdümü kəsmişdilər. Bundan başqa "İstintaq davam edir" filmində də Oqtay obrazını canlandırmışam" deyə sənətkar bildirib.
"İndi filmlərə çəkilmək istərdiniz?" sualına isə məşhur belə cavab verib.
"Biz o vaxt dahi sənətkarları görüb, onlardan dərs alıb bu sənətə gəlmişik. Gəncləri qınamıram, çünki onlar səhnədə görkəmli sənətkarları görməyiblər. Belə olan halda onlardan peşəkarlıq gözləmək olmaz. İndiki rejissorlar, ssenarilər məni cəlb etmir. Kinomuzda ciddi obrazlar çatışmır! Mən o illərdə də efirlərə az çıxmışam, indi isə demək olar ki, çıxmıram. Sənətkar əlçatan olandan sonra hər şey adiləşir" deyə sənətkar bildirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
XƏBƏR LENTİ
-
“Cadu"nu görün harada gizlətdilər – (Video)
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi





