Lalə Azərtaşdan səhhəti ilə bağlı AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün mətbuatda aparıcı Lalə Azərtaşın səhhətinin pisləşdiyi və xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatlar yer alıb.
Lalə xanım səhhəti ilə bağlı yayılan xəbərləri təsdiqləyib və hazırda səhhətinin yaxşı olduğunu bildirib.
Milli.Az xəbər verir ki, bu barədə BAKU.WS-ə açıqlama verən aparıcı, ödündən əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirildiyini deyib:
"Diqqət üçün hər kəsə təşəkkür edirəm, şükürlər olsun, indi səhhətim yaxşıdır. Ödümdə böyük bir daş parçası aşkarlanmışdı. Bu səbəbdən də əməliyyat olunacaqdım. Sadəcə deyirdim ki, sonra əməliyyat olunaram. Zaman keçdikcə səhhətim buna imkan vermədi.
Ağrılarım hədsiz dərəcədə çoxaldığı üçün cümə günü efirdən sağollaşdıqdan sonra xəstəxanaya yerləşdirildim. Bazar ertəsi isə efirə çıxa bilmədiyim üçün hər kəs səhhətimlə maraqlanmağa başladı. Xəbərlər yayıldıqdan sonra mənim telefonum susmadı. Qazandığım bir tək məni sevənlərin duası oldu. Hər kəsə təşəkkür edirəm. Həkim Mircəkal Kazımiyə isə xüsusilə təşəkkür edirəm. Ödümdəki daş böyük olduğu üçün açıq əməliyyat keçirdim. Allah heç kimi səhhəti ilə sınamasın. Kimin səhhətində problem varsa, mənim kimi tezliklə şəfa tapsın".
Tanınmış aparıcı mətbuatda səhhəti ilə bağlı yayılan xəbərlərə görə narahat olduğunu da vurğulayıb:
"Mətbuatda səhhətimlə bağlı yayılan xəbərlərə görə narahat oldum. Çünki hazırda ölkə gündəmimiz başqa xəbərlərlə məşğuldur. Belə bir vaxtda istəməzdim, özümlə bağlı məlumatlar yayılsın. Ehtiyac olsa idi, mən bir foto paylaşıb səhhətimlə bağlı açıqlama verərdim. Bu xəbərlərin yayılmaması üçün yaxınlarımdan və dostlarımdan xahiş etdim ki, əməliyyatımla bağlı heç kimə heç nə deməsinlər".
Lalə Azərtaş saytımıza açıqlaması zamanı erməni təxribatları nəticəsində ölkəmizdə yaşanan hadisələrə münasibət də bildirib. Aparıcı vətənimizin bütövlüyü uğrunda şəhid olan igidlərimizə Allahdan rəhmət diləyib:
"İnşallah davamlı olaraq cəbhəmizdən qələbə xəbərləri gəlsin. Allah bütün şəhidlərimizə rəhmət etsin. Ailələrinə və yaxınlarına səbr versin. Bütün yaralı hərnçilərimizə Allahdan şəfa diləyirəm".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
XƏBƏR LENTİ
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı





