Yasa getmək, yoxsa sosial şəbəkədə bəyəni toplamaq sevdası? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı zamanı 80 hərbi qulluqçumuz şəhid olub. Şəhidlərimizlə bağlı sosial şəbəkələrdə yüzlərlə paylaşımlar edilir. Onlar arasında tanınmış simalar da yer alıb. Amma bəziləri yasa gedib, orada az qala "fotosessiya" etdirirlər.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, tənqidlərə tuş gələnlərdən biri Əməkdar artist Mehriban Xanlarova olub. Əvvəlcə şəhidlərə görə 40 gün heç bir televiziya proqramına qatılmayacağını deyən aktrisa sonradan instaqramında dayanmadan fotolar paylaşmağa başlayıb. Xanlarova şəhidlərin yas mərasiminə gedib, şəhid anaları ilə şəkillər çəkdirib. Hətta şəhidin fotosunu da ananın qucağına qoyaraq, kameraya baxmasını istəyib. Bir fotonu isə Xanlarova övladının məzarı üstündə ağlayan ana ilə çəkdirib. Aktrisa yazılan tənqidi şərhlərin qarşısını almaq üçün isə şərh bölümünü bağlayıb.
Müğənni Zenfira İbrahimova isə SOS uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun yas mərasiminə yollanıb. Müğənni buradan video çəkib yaymağı da unutmayıb. O, yasın ortasında əlinə telefonu alaraq üç mərasimini lentə alıb. Zenfira Səbuhinin dəfn mərasiminə gedib, dini şüar səsləndirənlərlə sinə döyərək video çəkib.
Şəhidimiz Səbuhinin yas mərasiminə yollananlar arasında müğənni Bahar Lətifqızı da yer alıb. Bahar isə masanın başında oturub, telefonunu da başqasına verərək onu çəkmələrini istəyib. Həmin görüntüləri də instaqram səhifəsində paylaşıb.
Keçək TikTok-a. Hazırda ölkə ərazisində yayımı müvəqqəti dayandırılan sosial şəbəkəyə bəzi proqramla bir çoxları rahatlıqla girirlər. TikTok "ulduzları"mız da şəhidlərin dəfn və yas mərasiminə gedərək video çəkmək bir yana, canlı yayıma girirlər. Yası canlı yayımda nümayiş etdirir, yarış da keçirirlər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Azərbaycan Qran-Prisi: İkinci sərbəst yürüş başladı - (Yenilənib)
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir
-
Bakıda Formula 2 üzrə ikinci sıralama turu başa çatıb - Yenilənib
-
Maşınınız duracağa aparılarsa, bu qədər pul ödəyəcəksiniz - Yeni qiymətlər
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Zakir Həsənov Qazaxıstana başsağlığı verib
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki





