“Aktrisa xanımımla kirayədə qalırıq, evimiz yoxdur” - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bizim maaşımız və yaşayışımız göründüyü kimi yaxşı deyil. Problemlər həddindən artıq çoxdur. Amma kənardan sözsüz ki, gözəldir hər şey".
Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədovun aktyor oğlu İbrahim Çingiz qonaq olduğu "YouTube"da yayımlanan "Qırmızı" layihəsində deyib.
Xanım həmkarı Aydan Axundzadə ilə evli olan Səməd Vurğun adına Rus Dram teatrının aktyoru maddi problemlərinin olduğunu və hələ də həyat yoldaşı ilə kirayədə qaldığını açıqlayıb.
"Aktyordur da tanınır, sevilir, pul qazanır, yaşayır. Amma əslində bu, belə deyil. Hazırda mən evsizəm. Evim yoxdur. Aktyoram, amma evim yoxdur. Maaş və pul məsələsi, aktyorların vəziyyəti Azərbaycanda budur. Bunun günahı isə bu işi görən bacarıqsız insanlardadır".
İbrahim valideynlərinin Aydan ilə ailə qurmasına müsbət yanaşdıqlarını bildirib.
"Bizim evdə belədir. Əvvəldən özümü necə görsətmişəmsə, tərbiyə almışamsa, onu da geri vermişəm. Buna görə valideynlərim hər zaman mənə güvənib və inanıblar. Ona görə mənim seçimimi necə varsa elə də qəbul ediblər. Bir ildən çoxdur ki, evliyik və valideynlərim bizim evliliyimizdən yanılmayıblar".
Sənətçi Aydanla ailə qurmazdan əvvəl onunla kəsdiyi şərti açıqlayıb.
"Bazara gedirik. Qiymətlər qalxıb deyə əziyyət çəkirik. Problemlərimizi həll edirik. Bir yerdə çəkilişə gedirik. Bəzən mən teatra gedirəm, o oturub məni gözləyir. Aydan yemək bişirə bilir. Mən Aydanla ailə quranda əsas məqamlardan biri onun yemək bişirməsi idi. Yemək hər zaman hazırdır və məni gözləyir".
Xatırladaq ki, bir il əvvəl ailə quran cütlük tezliklə övlad sahibi olacaq. Bu haqda isə İbrahim sözügedən layihədə deyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi





