Şou-biznes

Hadisə boşanır

15 Sentyabr 2022 16:40
Baxış: 1 536
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur müğənni Hadisə həyat yoldaşı Mehmet Dinçerler ilə boşanma qərarı verib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin maqazin saytları məlumat yayıb. 

Bildirilir ki, bu qərarı ilk Hadisə verib. Bundan başqa, cütlük bir-birini sosial şəbəkələrdə izləmədən çıxarıb. 

Müğənninin heyranları "biz sənə demişdik, dinləmədin", "qadını dəyişdirməyə çalışdı, nəyə lazım idi bu?", "qısnamalara, qadının azadlığını sıxanlara sıfır tolerans" və s. kimi dəstəkverici şərhlər yazıblar. 

Xatırladaq ki, Hadisə Açıkgöz və Mehmet Dinçerler 4 ay əvvəl nikah masasına əyləşmişdilər.

Qeyd edək ki, onların boşanmasına səbəb Mehmetin Hadisədən uşaq dünyaya gətirməsi və səhnə fəaliyyətində bəzi addımlarına məhdudiyyətlər qoyması olub.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.