Şou-biznes

“Azərbaycanın dərdi bizim dərdimizdir” - Hadisenin milyonçu əri - FOTO

14 Sentyabr 2022 15:36
Baxış: 2 325
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin məşhur milyonçu iş adamı Mehmet Dinçerler Ermənistanın Azərbaycana qarşı sərhəddə törətdiyi təxribatlarla bağlı paylaşım edib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında Azərbaycan xalqına və şəhidlərinə dərin hüzünlə başsağlığı verib.

"Şəhid olan Azərbaycan ordusunun qəhrəman əsgərlərinə Allahdan rəhmət, yaralılarımıza isə tezliklə şəfa diləyirəm. Azərbaycanın dərdi bizim dərdimizdir. Qardaşlarımıza başsağlığı veririk".

Xatırladaq ki, M.Dinçerler Türkiyənin pop ulduzu Hadisenin həyat yoldaşıdır. 

Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.

Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.