Şou-biznes

Alim Qasımov həyat yoldaşından danışdı - VİDEO

10 Sentyabr 2022 16:07
Baxış: 2 963
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Onun qəlbini oğurlamışam. 8-ci sinfə qədər bir yerdə oxumuşuq. Savadlı idi, mən isə 2-3 alırdım. Mənə yuxarıdan aşağı baxırdı. Dedim ki, necə ola bilər mənə baxmasın? Onu oğurlayacam və götürdüm qaçdım. Böyük qardaşları var idi, tutsalar, öldürəcəkdilər".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Alim Qasımov "O kimdir" layihəsində deyib. Xanəndə həyat yoldaşı Tamilla xanımdan danışıb. O bildirib ki, həyat yoldaşını 20 yaşı olanda qaçırdıb:

"20 yaşım heç tamam deyildi. Ailədə dedilər ki, bakılıdırlar, müasirdirlər, imkanları bizdən yaxşıdır. Bizə uyğun deyillər. Amma ailəmə söz verdim və qaçırtdım. İllər ötdükcə gördüm ki, bu, nə mənim, nə onun işidir. Allahın qismətiymiş ki, biz həyatı qoşa davam edək".

Qasımov verilişlərə getmək üçün telekanal rəhbərlərindən qonorar istədiyini söyləyib:

"Efirlərə çıxanda deyirəm ki, mən ağsaqqalam, geyinirəm, səsimi qoruyuram, benzin vururam, musiqiçilər əziyyət çəkir, geyim alır. Bunun əvəzində qonorar vermək lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.