Şou-biznes

"Zaza"nın anası intihar etdi - FOTO

9 Sentyabr 2022 09:08
Baxış: 3 072
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli aktyor Əli Sürməlinin anası intihar edib.

Kocaeli vilayətinin Derince şəhərində yaşayan 82 yaşlı Akçe Sürməli yaşadığı evin həyətində özünü ağacdan asıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 82 yaşlı qadın baxıcısı ilə yaşayırmış. Onun ölümü barədə polisə elə baxıcısı xəbər verib.

Faktla bağlı araşdırma aparılır.

"Kurtlar Vadisi Pusu" serialında yaratdığı "Zaza dayı" obrazı ilə də yaddaşlarda qalan Əli Sürməli iki il əvvəl beyninə qan sızdığından əməliyyat keçirmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.